Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2022 10:14
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü institutun baş direktoru t.e.d., professor Abbas Seyidov açaraq iştirakçıları tədbirin gündəliyi ilə tanış edib.

15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki böyük əhəmiyyətindən danışan A.Seyidov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin həmin dövrdə xalqın xahişi və təkidi ilə Bakıya qayıtması Azərbaycanın bir dövlət kimi siyasi xəritədən silinməsinin qarşısını aldı, ölkə vətəndaş müharibəsindən xilas oldu. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti Heydər Əliyevin sayəsində yenidən çiçəkləndi, hərc-mərclik aradan qalxdı. 

Daha sonra institutun əməkdaşları Qəhrəman Ağayev, Mikayıl Mustafayev, Akif Quliyev, Fərhad Quliyev, Müzəffər Hüseynov və Arif Məmmədovun respublikamızın müxtəlif bölgələrində 2022-ci ildə apardıqları arxeoloji tədqiqatların qısa hesabatı dinlənilib.

31 may 2022-ci il tarixdə arxeologiya, etnoqrafiya və antropologiya ixtisasları üzrə keçirilən imtahanların nəticələri barədə t.ü.f.d., dosent Səfər Aşurov ətraflı məlumat verib.

Bundan əlavə, Antropologiya Mərkəzinin əməkdaşlarının “Azərbaycanda antropologiyanın aktual problemləri” adlı məqalələr toplusunun, Solmaz Məhərrəmovanın “XIX əsr və XX əsrin əvvəllərində Qarabağ və Şərqi Zəngəzurda ticarət və sənətkarlıq” və Müasir dövr etnoqrafiyası şöbəsinin əməkdaşları E.Kərimov, N.Quliyeva, G.Yoloğlu, Ş.Nuruzadə və P.İsmayılzadənin “Bakı XIX-XX əsrlərdə (tarixi-etnoqrafik tədqiqat)” monoqrafiyalarının çapa təqdim edilməsi qərara alınıb. Eyni zamanda “Qarabağın maddi və mənəvi mədəniyyəti” toplusunun çap üçün müzakirəsi aparılıb.   

Həmçinin Beynəlxalq əlaqələr şöbəsinin dissertantı Arzu Abdullayevanın “Azərbaycanın Son Tunc-Erkən Dəmir dövrü dəfn adətləri” adlı dissertasiyasının elmi rəhbəri akademik Teymur Bünyadovun vəfatı ilə əlaqədar, dissertasiya işinə əlavə olaraq t.e.d., professor Abbas Seyidovun elmi rəhbər təyin edilməsi haqqında qərar qəbul olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb. Müzakirələrdə professorlar Hidayət Cəfərov, Əliağa Məmmədli, Nərgiz Quliyeva, Arif Məmmədov, Əsədulla Cəfərov, dosentlər Güllü Məmmədli, İlhamə Məmmədova, Səfər Aşurov, Zaur Həsənov, Fərhad Quliyev, Pirağa İsmayılzadə və Akif Quliyev çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: