Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.06.2022 16:22
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi seminarı keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi seminarı keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun növbəti ümumi elmi seminarı keçirilib.

Tədbirdə müəssisənin Fiziki-kimyəvi analiz şöbəsinin müdiri Vaqif Qasımovun “Qrafit, qrafen, mümkün modifikasiyalar və uyğun nanoborular” mövzusunda məruzəsi dinlənilib. V.Qasımov əvvəlcə karbonun modifikasiyalarının quruluşları haqqında əyani vəsaitlər və təsvirlərdən danışıb, qrafen, qrafenin yeni modifikasiyaları haqqında beynəlxalq miqyasda aparılan tədqiqatların təhlil xarakterli analizini verib.

Sonra məruzəçi həndəsi kristalloqrafiya baxımından qrafenin yeni, əsaslandırılmış mümkün modifikasiyaları və uyğun nanoboruların əyani və sxematik təsvirlərini nümayiş etdirib.

Daha sonra məruzə ətrafında müzakirələr aparılıb, AMEA-nın müxbir üzvü Eldar Zeynalov, laboratoriya rəhbəri, kimya elmləri doktoru Elza Salahova və başqaları öz fikirlərini söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: