Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.06.2022 15:30
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şuranın iclası keçirilib.

İclasın gündəliyinə müəssisənin 2022-ci ilin birinci yarım ilində elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələrin müzakirəsi, eləcə də müsabiqə məsələləri daxil edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq bildirib ki, iqtisadi tutumlu və perspektivli innovativ elmi-tədqiqat işlərinin  genişləndirilməsi və səmərəliliyinin artırılması əsas hədəflərimizdən biridir. Bu məqsədə çatmaq üçün gənclərin də potensialından düzgün istifadə edilməlidir. Onun sözlərinə görə, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda öz əksini tapan prioritetlərə görə, institut alimlərinin qarşısında kimyəvi məhsulların istehsalı üçün elm tutumlu yeni texnologiyaların yaradılması, yüksək texnologiyalar üçün yeni və unikal xassələrə malik topoloji izolyatorların, enerji çeviricilərinin, nanoboruların və nanokatalizatorların alınması, bioaktiv polimerlərin və nanogellərin sintezi kimi mühüm işlər durur.

Akademik qeyd edib ki, həmçinin fundamental tədqiqatlarla yanaşı, tətbiqi xarakterli elmi-tədqiqat işləri də əsas prioritet olmalıdır. Bu baxımdan elmi- tədqiqat işlərinin mövzularının düzgün seçilməsi, onların səmərəliliyinin artırılması, ölkə iqtisadiyyatına xeyir verə biləcək işlərə üstünlük verilməsi vacibdir. Eyni zamanda bəzi istiqamətlər üzrə aparılan tədqiqat işləri dəyişdirilməli, qlobal elmi çağırışlara, respublika iqtisadiyyatının tələbatına uyğun olan tədqiqatlar aparılmalıdır.

Daha sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: