Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

28.06.2022 11:22
  • A-
  • A
  • A+

Professor Abbas Seyidov Kilsədağ məbəd kompleksində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub

Professor Abbas Seyidov Kilsədağ məbəd kompleksində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbəd kompleksində aparılan arxeoloji qazıntı işləri ilə yerində tanış olub.

Professor Abbas Seyidov Albanşünaslıq elmi mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun rəhbəri, t.ü.f.d., dosent Natiq Alışovun rəhbərliyi ilə aparılan qazıntı işləri ilə bağlı lazımi məsləhətlər verib.

Qafqaz Albaniyası xristian abidələrinin tədqiqi ekspedisiyasının rəhbəri N.Alışov aparılan qazıntılar haqqında geniş məlumat verib və bildirib ki, eramızın ilk əsrlərinə aid olan dairəvi formalı məbəd kompleksi Qafqaz Albaniyası dövlətinin mövcud olduğu dövrlərə aid maddi-mədəniyyət qalıqları ilə zəngindir. Kompleks ərazisində yeni aşkara çıxarılan oval formalı ictimai binanın divar qalınlığı 1,40, uzunluğu 21, eni 12 metrdir.

Komplekslə tanışlıqda arxeoloq-alim, t.e.d., professor Qafar Cəbiyev də iştirak edib və ekspedisiya üzvləri ilə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Kilsədağ məbəd kompleksində arxeoloji qazıntı və tədqiqat işləri davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: