Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.06.2022 09:45
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun alimləri beynəlxalq elmi konfransda çıxış ediblər

İdarəetmə Sistemləri İnstitutunun alimləri beynəlxalq elmi konfransda çıxış ediblər

29 iyun - 01 iyul 2022-ci il tarixlərində Polşanın Katovise şəhərində Silesian Texnologiya Universitetinin təşkilatçılığı ilə “Nəqliyyat Problemləri 2022” XIV Beynəlxalq Elmi Konfransı (XIV International Scientific Conference Transport Problems 2022) keçirilir.

Konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri AMEA-nın müşaviri, akademik Telman Əliyev və Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev iştirak edirlər.

Akademik Telman Əliyev konfransın plenar iclasında “Intellectualization of vibration control of malfunctions in rail transport” (Dəmir yolu nəqliyyatında nasazlıqların vibrasiya nəzarətinin intellektuallaşdırılması) mövzusunda məruzə ilə çıxış edib. Konfransın “Logistika və iqtisadi problemlər” sessiyasında isə Tofiq Babayev “EU Framework programmes: research & innovation in the transport area” (AB Çərçivə Proqramları: nəqliyyat sahəsində tədqiqat və innovasiya) mövzusunda məruzə edib.

Hər il hibrid formatda keçirilən konfransda müxtəlif ölkələrdən olan alimlər, müəllim və tələbələr, nəqliyyat sahəsində çalışan mütəxəssislər iştirak edirlər. Qeyd edək ki, 19 ölkədən 243 iştirakçının qeydiyyatdan keçdiyi konfransın bütün sessiyaları və müzakirələri Youtube platformasında yayımlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: