Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.07.2022 16:31
  • A-
  • A
  • A+

Professor Vüqar Əhməd Türkiyədə keçirilən simpoziumda iştirak edib

Professor Vüqar Əhməd Türkiyədə keçirilən simpoziumda iştirak edib

Türkiyənin Nevşəhər şəhərinin Hacıbektaş bölgəsində “XII  xalq aşıqları Hacı Bektaş görüşməsi” adlı beynəlxalq simpozium keçirilib.

Hacı Bektaş Vəli Kültür Dərnəyi tərəfindən təşkil olunan simpozium türkiyəli el şairi Mısır Babanın xatirəsinə ithaf olunub. Tədbirdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Azərbaycan və Türkiyədən olan alimlər aşıq yaradıcılığı mövzusunda məruzələr ediblər.

Azərbaycanı iki tədqiqatçı alim AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  Mətbuat tarixi və publisistika  şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd və tədqiqatçı-şair Qardaş Əlişoğlu təmsil ediblər.

Vüqar Əhməd XIX əsrin sonu - XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Bakı-Abşeron aşıqlarının yaradıcılığını əks etdirən, eləcə də ümumi Azərbycan aşıq sənəti barədə məruzə ilə çıxış edib. V.Əhməd çıxışından öncə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin təbrikini simpozium iştirakçılarına çatdırıb.

Simpoziumun fəxri qonağı olan Vüqar Əhməd tədbirin moderatoru, şöhrətli alim, prof., Dr. Hayrettin İvgin və Hacı Bektaş Kültür Dərnəyinin başqanı Mustafa Özcivan tərəfindən Fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.

Tədbir haqqında Antalya televiziyası süjet hazırlayıb, Vüqar Əhmədin çıxışı tam olaraq “Antalya TV” də işıqlandırılılıb.

Simpoziumun ikinci hissəsində Türkiyə xoru və aşıqları Mısır Babanın sözlərinə bəstələnmiş mahnılar ifa ediblər. Hacı Bektaş Kültür Dərnəyinin təşkilatçılığı ilə simpozium iştirakçıları Kappadokiyanın tarixi-görməli yerlərinə səyahət ediblər.

Qeyd edək ki, simpozium iştirakçılarının məruzələri kitab halında çap olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: