Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İbrahim Quliyev: Xəzərin səviyyəsinin proqnozlaşdırılması üzrə Beynəlxalq Elmi Mərkəzin yaradılması zamanın tələbidir
06.07.2022 17:15
  • A-
  • A
  • A+

Akademik İbrahim Quliyev: Xəzərin səviyyəsinin proqnozlaşdırılması üzrə Beynəlxalq Elmi Mərkəzin yaradılması zamanın tələbidir

Xəzərin səviyyəsinin proqnozlaşdırılması üzrə Beynəlxalq Elmi Mərkəzin yaradılması zamanın tələbidir.

Bu fikirləri Bakıda keçirilən “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev söyləyib.

Alim tektonik plitələrin qovuşduğu yerdə güclü zəlzələlər zamanı, orta əsrlərdə olduğu kimi dənizin səviyyəsinin kəskin arta bilməsi barədə sualın cavabında deyib: “plitələr həmişə hərəkətdədir, onlar təmasda olur. Artıq 22 ildir ki, biz Massaçusets Kosmik Geodeziya Texnoloji İnstitutu ilə əməkdaşlıq edirik. Bu plitələrin hərəkətini və sürətini izləyirik. Bizim çoxlu izləmə stansiyamız var. Hazırda Oksford Universiteti ilə paleozəlzələlərinin öyrənilməsi üzrə birgə iş aparırıq. Bizim Elmlər Akademiyasında “Qafqazın Neoliti” adlı layihə çərçivəsində pərakəndə halda yerləşən artefaktları tədqiq etmişik. Bu gün həmin artefaktların yaşını dəqiq təyin etməyə və nəinki 100 il, hətta bir neçə min il əvvəlki mənzərəni bərpa etməyə imkan verən yeni metodlar var. Bütün bunlar bizim araşdırmalarda öz əksini tapıb”.

AzərTac

  • Paylaş: