Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.05.2025 14:32
  • A-
  • A
  • A+

Tələbələr Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsi keçirlər

Tələbələr Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsi keçirlər

2025-ci il fevral ayının 17-dən Azərbaycan Texniki Universitetinin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Seolit katalizi“ laboratoriyasında böyük elmi işçi, k.ü.f.d., Mahizər Əliyevanın rəhbərliyi altında elmi-istehsalat təcrübəsi keçirlər.

Təcrübə müddətində tələbələr qaz fazada spirtlərin oksidləşdirici dehidrogenləşmə proseslərini aparmaq üçün ion mübadilə üsulu ilə seolitlərin keçid elementlərinin kationları ilə modifikasiyasının sintezi və sintez olunmuş nümunələrin keyfiyyət reaksiyaları ilə tanış olublar. Onlar seolitin tərkibinə daxil edilmiş metal kationlarının miqdarı təyinini Agilent 7700 ICP MC aparatında ionspektral analiz metodu ilə aparılmasında iştirak etmiş, heterogen-katalitik oksidləşmə reaksiyalarinı aparmaq üçün axın tipli laborator qurğu ilə, eləcə də reaksiya qovşağına bilavasitə birləşmiş Agilent 5975 kütlə detektorlu Agilent 7890 GC-MC (uzunluğu 30 m olan HP-5MS kalonkası) aparatı ilə yaxından tanış olmuşlar.

Tələbələr xromatoqrafik analizlərin aparılmasında əyani olaraq iştirak edirlər. Elmi təcrübə işləri mayın 23-ə kimi davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: