AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi adına Qazax Milli Universitetində keçirilən “Rəqəmsallaşma dövründə humanitar elmlər: süni intellektin imkanları və məhdudiyyətləri” adlı beynəlxalq elmi-təcrübi konfransda iştirak edib.
Şərqşünas alim konfransda “Qədim dillərin (şumer mixi yazılarının) süni intellekt vasitəsilə öyrənilməsi” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, müasir dövrdə süni intellektin müxtəlif modelləri (ORACC, SDLİ, The Shumerian language dictionary) o cümlədən, CHAT GPT ilə nəinki müasir dillər, həm də qədim dillər, eləcə də şumer mixi yazıları öyrənilə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.