Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

11.07.2022 17:00
  • A-
  • A
  • A+

Kələxana türbələr kompleksində aparılan tədqiqatlar tariximizin yeni səhifələrinin yazılmasında mühüm rol oynayacaq

Kələxana türbələr kompleksində aparılan tədqiqatlar tariximizin yeni səhifələrinin yazılmasında mühüm rol oynayacaq

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov Şamaxıda yerləşən Kələxana türbələr kompleksində görülən işlərlə növbəti dəfə tanış olub.

Sözügedən ərazidə tədqiqatlar Heydər Əliyev Fondunun dəstəyi və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Şamaxı-Kələxana arxeoloji ekspedisiyasının rəhbəri, professor Qafar Cəbiyevin rəhbərliyi ilə aparılır.

Professor A.Seyidov qeyd edib ki, bu kompleksdə aparılan arxeoloji, antropoloji, epiqrafik tədqiqatlar və kompleksin memarlıq xüsusiyyətlərinin tam, dərindən araşdırılması tariximizin yeni səhifələrinin yazılması üçün öz sözünü deyəcəkdir.

Prof. Qafar Cəbiyev aparılan hərtərəfli tədqiqatların səmərəli olmasından, dini kompleksin elmi əhəmiyyətindən danışıb.

Alimlər, həmçinin bundan sonra görüləcək işlər haqqında fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: