Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Aşqarlar Kimyası İnstitutunun doktorantının Portuqaliyada apardığı tədqiqatlar nüfuzlu jurnalda çap olunub
15.07.2022 11:36
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun doktorantının Portuqaliyada apardığı tədqiqatlar nüfuzlu jurnalda çap olunub

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) doktorantı İbadulla Mahmudovun Portuqaliyanın Lissabon Universitetində apardığı tədqiqatların bəzi mühüm nəticələri məqalə şəklində elmi rəhbərləri k.e.d., dosent Əfsun Sucayev və k.ü.f.d., dosent Yusif Abdullayevlə birgə nüfuzlu “Acta Crystallographica Section E Crystallographic Communication” adlı xarici jurnalda dərc olunub.

Məqalə molekulda azot saxlayan yeni heterosiklik birləşmələrin sintezi, kristal quruluşu və səth analizində yeni yanaşmalara həsr olunub.

Xatırladaq ki, doktorant İ.Mahmudov Portuqaliyanın Lissabon Universitetində həmin elm mərkəzinin Azərbaycandan olan tanınmış alimləri k.e.d. Kamran Mahmudov və k.ü.f.d. Ataş Qurbanovun rəhbərliyi altında 6 ay təcrübə keçib. Bu müddət ərzində o, pirazol, N-benzil-, N-allilanilin əsaslı fizioloji fəallığa malik birləşmələr və onların metal komplekslərinin sintezi, tədqiqi ilə bağlı elmi-təcrübi araşdırmalar aparıb. Əldə etdiyi nəticələrdən bəhs edən 2 məqalə impakt faktoru yüksək olan nüfuzlu xarici jurnalda çap olunub, 2 məqalə çapa göndərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: