Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.07.2022 14:23
  • A-
  • A
  • A+

İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyat evinin rəhbərliyi Fizika İnstitutunda olub

İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyat evinin rəhbərliyi Fizika İnstitutunda olub

İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti, professor Laura Peretti və Valerio Ferrandi AMEA-nın Fizika İnstitutunda olublar.

AMEA-nın prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimovla görüşdə Azərbaycanla İtaliya arasında elmi əlaqələrdən söhbət açılıb.

Daha sonra qonaqlar Fizika İnstitutunun laboratoriyaları ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, görüşdə, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Moskva Dövlət Universitetinin Bakı filialının beynəlxalq əlaqələr üzrə prorektoru, Fizika İnstitutunun Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri laboratoriyasının rəhbəri, professor Oqtay Tağıyev, müəssisənin elmi katibi, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov, Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyasının rəhbəri, dosent Nahidə Musayeva, Yüksək gərginlikli mühəndislik laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Təranə Nurubəyli və başqaları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: