Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.07.2022 10:22
  • A-
  • A
  • A+

AMEA-nın əməkdaşları Lənkəran sakini Kamal Kələntərlinin 100 yaşını qeyd ediblər

AMEA-nın əməkdaşları Lənkəran sakini Kamal Kələntərlinin 100 yaşını qeyd ediblər

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının əməkdaşlarının iştirakı ilə Lənkəran şəhərində yaşayan Kamal Kələntərlinin 100 yaşı qeyd olunub.

Kamal Kələntərli sözügedən laboratoriyanın əməkdaşları tərəfindən 7 ilə yaxındır ki, uzunömürlü kimi mütəmadi tədqiq olunur. Hazırda Lənkəran Regional Elmi Mərkəzinin (LREM) herontoloji tədqiqatlar şöbəsi də bu tədqiqatlara qoşulub.

Yubiley tədbirində LREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova yubilyara mərkəzin direktoru, professor Fərman Quliyevin, həmçinin Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimovanın təbriklərini çatdırıb.

Professor Ulduz Həşimova telefon vasitəsilə K.Kələntərliyə xoş arzularını bildirib.

Dosent Sevinc Hüseynovanın sözlərinə görə, hazırda uzunömürlünün fiziki göstəriciləri yaşına görə normaldır, əllərində tremor yoxdur, yaddaşı mükəmməl, nitqi səlisdir, yaxşı eşidir, lakin pis görür. Arterial təzyiqi adətən normada olur. Hərəkətlidir. Verilən suallara aydın və əhatəli cavabları diqqəti cəlb edir.

Qeyd edək ki, Kamal Kələntərli Lənkəranın ictimai həyatında fəal iştirak edən şəxs kimi tanınır. Uzun illər Lənkəran rayon Ağsaqqallar Şurasına rəhbərlik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: