Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.07.2022 17:02
  • A-
  • A
  • A+

AMEA əməkdaşları Türkiyə texnoparklarının təcrübəsinin öyrənilməsi istiqamətində bir sıra görüşlər keçirib

AMEA əməkdaşları Türkiyə texnoparklarının təcrübəsinin öyrənilməsi istiqamətində bir sıra görüşlər keçirib

Bu günlərdə YTP-nin İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov və AMEA-nın Radiasiya Problemləri İnstitutunun aparıcı mühəndisi Namiq Heydərov Türkiyə texnoparklarının təcrübəsinin öyrənilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq, o cümlədən birgə proqram və layihələrin icrası imkanlarının müzakirə edilməsi məqsədilə Ankara Bilkent Universitetinin “Cyberpark”ı, Orta Şərq Texniki Universitetinin Texnoparkı (Orta Doğu Teknik Üniversitesi (ODTÜ) Teknokenti), Türk Aerokosmik Sənaye Şirkəti (Türk Havacılık ve Uzay Sanayii A.Ş. – TUSAŞ), Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi (Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı Dijital Dönüşüm Ofisi) və Nevşehir Hacı Bektaş Veli Universitetində keçirilən görüşlərdə iştirak ediblər.

“Bilkent Cyberpark”ın baş direktoru Faruk İnaltekin, ODTÜ Teknokentin Biznesin inkişafı və marketinq departamentinin direktoru Selin Doğu, TUSAŞ-ın Akademiya başqanı professor Ahmet Pınarbaşı, Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin departament rəhbəri Halil İbrahim Özer və Nevşehir Hacı Bektaş Veli Universitetinin rektoru, professor Semih Aktekin ilə keçirilən görüşlərdə AMEA YTP-nin texnologiyaların transferi və inkubasiya sahələrində inkişafına dəstək verən proqramların təşkili, texnopark quruculuğu istiqamətində digər fəaliyyətlər, Bakıda TUSAŞ-ın mühəndislik ofisinin yaradılması, eləcə də azərbaycanlı tədqiqatçı və mühəndislərin Ankarada ixtisasartırma proqramlarına cəlb edilməsi, “Digital Europe”, “Horizon Europe” layihələri üzrə birgə əməkdaşlıq, kompüter mühəndisliyi sahəsində “Erasmus+” proqramı üzrə azərbaycanlı tələbələrin Nevşehir Universitetində təhsilini təkmilləşdirmələri ilə bağlı məsələlər müzakirə edilib.

Səfər çərçivəsində 20-21 iyul tarixlərində Kapadokiya Texnoparkında AMEA nümayəndələri üçün iki günlük təlim keçirilib, texnoparkların fəaliyyət mexanizmi, texnoloji transfer və kommersiyalaşdırılma prosesləri, biznes inkubasiya, əqli mülkiyyət, akademiya-sənaye əməkdaşlığına dair geniş təqdimatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: