Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.08.2022 12:18
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının rezidentinin direktoru gənclərin innovasiya yay düşərgəsində təlimçi qismində çıxış edib

Yüksək Texnologiyalar Parkının rezidentinin direktoru gənclərin innovasiya yay düşərgəsində təlimçi qismində çıxış edib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrin tələbələrinin iştirakı ilə gənclərin innovasiya yay düşərgəsi keçirilir.

İnnovasiya düşərgəsi çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilmiş əyani-praktik təlimlərdə təlimçi qismində Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Zahir Nəsibov və Radiasiya Problemləri İnstitutunun əməkdaşları Namiq Heydərov və İbrahim Nuruyev iştirak ediblər.

Təlimdə “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Z.Nəsibov sözügedən müəssisənin yaranma tarixi, iş fəaliyyəti, həmçinin Yüksək Texnologiyalar Parkında gənclər üçün yaradılmış şərait haqqında məlumat verib, onlara öz ideyalarını reallaşdırmaları məqsədilə bu imkanlardan yararlanmağı tövsiyə edib.

Daha sonra təlimçi Namiq Heydərov gənclərə pilotsuz uçuş apartları (PUA), elektronika proqramlaşdırma sahəsində masterklass keçib.

O, PUA-ların fərqi, özünəməxsus xüsusiyyətləri və tətbiqlərindən bəhs edib. Bununla yanaşı, təlimçi müasir elmi yeniliklər, elektronika və proqramlaşdırma sahəsində təcrübəsini gənclərlə bölüşüb. Elektronikaya marağı olan gənclərə proqramlardan istifadə qaydalarına dair istiqamətlər verib.

N.Heydərov, həmçinin 17-28 iyul 2022-ci il tarixlərində Türkiyəyə səfəri zamanı fəaliyyəti ilə yaxından tanış olduğu texnoparklar, onlardan qazandığı təcrübələr və qardaş ölkədə bu istiqamətdə gənclərə üçün yaradılmış şərait haqqında məlumat verib. Gənclərə müasir zamanın tələbi olan elm sahələrinə yiyələnmək yolları haqqında danışaraq, onları dəstək göstərə biləcəkləri istiqamətlər barədə məlumatlandırıb.

Təlimçi çıxışının sonunda Radiasiya Problemləri İnstitutunun İnnovasiya Mərkəzi ilə Elm və Texnologiya Parkının birgə hazırladığı “məsafədən radioekoloji monitorinq sistemi” haqqında geniş məlumat verərək, bu qurğunun tətbiqləri barədə danışıb.

Sonra təlimçilər gənclərin suallarını cavablandırıblar.

Təlim proqramı gənclərin böyük marağına səbəb olub, gənclərlə fərdi olaraq söhbətlər aparılıb və onların ideyaları dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: