Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.08.2022 11:00
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda pakistanlı alimlərlə görüş keçirilib

Genetik Ehtiyatlar İnstitutunda pakistanlı alimlərlə görüş keçirilib

Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Pakistan Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin direktoru, professor Kausar Maliki, həmin mərkəzin əməkdaşları – Abdul Qayyum və Allah Bakhshı, İslam İnkişaf Bankının nümayəndələri Ahmed Faruk Diken və Lalə Yusifova ilə görüş keçirilib.

Müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşdə pakistanlı alimlərlə birgə hazırlanmış layihə müzakirə edilib. Həmçinin əməkdaşlığın daha da genişləndirilməsi, molekulyar genetika, genomika, tibbi genetika və digər istiqamətlərdə yeni layihələrin işlənilməsi, eləcə də birgə yüksəkixtisaslı kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar institutun molekulyar genetika və genomika, milli genbank və texniki bitkilər şöbələrinin elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, İslam İnkişaf Bankına təqdim olunmuş layihənin qiymətləndirmə missiyası çərçivəsində müzakirələr və təhlillər aparıblar.

Görüşdə GEİ-nin icraçı direktoru, dosent Mehrac Abbasov, Texniki bitkilər şöbəsinin müdiri, dosent Ruhəngiz Məmmədova və digər mütəxəssislər də iştirak ediblər.

Qeyd edək ki, pakistanlı alimlərin işgüzar səfəri avqustun 26-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: