Mayın 10-da AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov ilk dəfə ölkəmizdə keçiriləcək Bakı-2015 I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb. Ə.Əmiraslanov I Avropa Oyunlarının “Tamaşaçı” proqramının icrası ilə əlaqədar yarışlarda BTEB-in elmi idarələrinin əməkdaşlarının da iştirak edəcəyini söyləyib.
Tədbirdə BTEB-in yeni istiqamətləri ətrafında müzakirələr aparılıb, biologiya üzrə 2, tibb üzrə isə 3 istiqamət müəyyən edilib.
İclasda, həmçinin bölmənin 2015-ci ildə doktorant və dissertant hazırlığı üzrə qəbul planı, Zoologiya İnstitutunun 80 illiyi və Elmi şurasının yeni tərkibi, Fiziologiya İnstitutunun yeni elmi strukturu, AMEA-nın müxbir üzvü Namiq Əliyevin 75 illiyi, respublika elmi cəmiyyətlərində seçkilərin keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda bir sıra kadr məsələlərinə də baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir