Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.09.2022 17:40
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

Müəssisənin baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə keçirilən iclasda gündəlikdə duran məsələlər şura üzvlərinin diqqətinə çatdırılıb.

Sonra Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn bir sıra məsələlərə toxunulub.

Həmçinin Qarabağın inkişafı ilə əlaqədar AMEA-nın Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli qərarına uyğun olaraq “Ekoloji genosidin vurduğu zərərlərin qiymətləndirilməsi” haqda albom-monoqrafiyanın və Şuşa ilə bağlı ilin sonunadək nəşri baş tutacaq kitabın hazırlanmasının vəziyyəti,  oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan konfranslara hazırlıq, institutun 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planı və digər məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: