Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.09.2022 15:44
  • A-
  • A
  • A+

Fizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Fizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Fizika İnstitutunun Elmi şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə AMEA-nın prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimov açıb.

Əvvəlcə sentyabrın 12-13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra akademik Arif Həşimov gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib.

İclasda aparıcı elmi işçi Rəhim Ələkbərovun Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası laboratoriyasının və aparıcı elmi işçi Afin Nəzərovun Epitaksial təbəqələr və strukturlar laboratoriyasının rəhbəri v.i.e. təyin edilmələri haqqında məsələlər müzakirə edilib, yekdilliklə qərarlar qəbul olunub.

Daha sonra müəssisənin elmi katibi, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanovun  85, Yüksək gərginliklər fizikası və teхnikası laboratoriyasının aparıcı elmi işçiləri,  texnika elmləri doktoru Nəriman Rəhmanovun və fizika üzrə fəlsəfə doktoru, dosent Kamil Qurbanovun 80 illik yubileyləri ilə əlaqədar akademik Arif Həşimov tərəfindən məlumat verilib və o, yubilyarları təbrik edərək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Eyni zamanda elmi şurada bir sıra cari məsələlər müzakirə olunub, onların həlli istiqamətində müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: