Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.09.2022 15:02
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı şəhid ailəsinə baş çəkib

Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı şəhid ailəsinə baş çəkib

Respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına vuruşaraq canından və sağlamlığından keçən şəhidlərin və qazilərin övladlarının qayğıları da dövlətimizin daim diqqət mərkəzindədir. Onların istirahəti, asudə vaxtlarının səmərəli təşkili, qayğı və problemlərinin həlli üçün mütəmadi tədbirlər görülür.

Yeni tədris ilinin başlanması münasibətilə Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı Surxay Əbdül oğlu Noçuyevin ailəsinə baş çəkib, onun ailə üzvləri ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.

Həmçinin şəhidin 1-ci sinifə qədəm qoyan övladı Uğura forma və zəruri dərs ləvazimatları hədiyyə edərək, ona yeni tədris ilində müvəffəqiyyətlər arzulayıblar.

Şəhid Surxay Noçuyevin atası Əbdül Noçuyev övladının ali bir amal, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucaldığını, şəhidlərin xatirəsinin daim uca tutulduğunu, şəhid ailələrinin isə daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.

Görüşdə iştirak edən institutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova və aparıcı elmi işçi, f.ü.f.d. Hüseyin İbrahimov torpaqlarımızın işğaldan azad edilməsində müstəsna xidməti olan qəhrəman şəhidin valideyinlərinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən də aztəminatlı ailələrin uşaqlarına zəruri məktəb ləvazimatları hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: