Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.09.2022 14:03
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun əməkdaşları İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

İqtisadiyyat İnstitutunun əməkdaşları İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

27 Sentyabr - Anım Günü ilə əlaqədar İqtisadiyyat İnstitutunun kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüb.

Respublikamızın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi anılıb. Şanlı ordumuzun gücü, qüdrəti ilə torpaqlarımız düşmən işğalından azad olundu, biz böyük zəfər qazandıq. Gələcək nəsillərə də həmişə örnək olacaq, tariximizə yeni bir qəhrəmanlıq səhifəsi yazan bu zəfərlə qürur duyuruq. Xalqımız şəhidlərimizin, qəhrəman övladlarımızın xatirəsini həmişə uca tutacaq, onlar qəlblərdə əbədi yaşayacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: