Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

29.09.2022 14:55
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub

Botanika İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub

Botanika İnstitutunun Herbari şöbəsinin elmi işçisi Şəhla Mirzəyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin Ali bitkilər kafedrasının professoru, biologiya elmləri doktoru Aleksandr Zernovun həmmüəllifi olduğu “Allıum neapolıtanum Cirillo.  (Amaryllıdaceae) новый чужеродный вид для флоры Кавказа” adlı məqalə Russiya Elmlər Akademiyasının “Ботанический журнал”ında  (Scopus) nəşr olunub.

Məqalə “Ботанический журнал”ın təqdim etdiyi “Ali bitkilərin struktur və xoroloji müxtəlifliyinin filogenez və taksonomiya problemləri ilə əlaqəli təhlili, şəhər ekologiyası və davamlı inkişaf problemləri” mövzusu üzrə aparılan elmi tədqiqat işinin nəticələrinə həsr olunub. 

Məqalədə Qafqaz (Azərbaycan, Abşeron) florası üçün yeni yad növün - Allium neapolitanum Cirillo. (Neapolitan soğanı) aşkarlanması, növün morfoloji təsviri, populyasiyası və fitosenoloji xüsusiyyətləri haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: