Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.10.2022 15:44
  • A-
  • A
  • A+

MEK-in baş direktoru “Ruhən şəhid Ananın Nurlanmış xatirələri” adlı kitabın təqdimatında iştirak edib

MEK-in baş direktoru “Ruhən şəhid Ananın Nurlanmış xatirələri” adlı kitabın təqdimatında iştirak edib

MEK-in baş direktoru “Ruhən şəhid Ananın Nurlanmış xatirələri” adlı kitabın təqdimatında iştirak edib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsinin şəhidi Nurlan Mustafayevin anası Rahilə Ramazanovanın “Ruhən şəhid Ananın Nurlanmış xatirələri” kitabının təqdimatı keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri, mətbuat nümayəndələri, şair və yazıçılar, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev və Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə iştirak ediblər.

Kitabda adını Zəfər tarixinə qızıl hərflərlə yazmış Nurlan Mustafayev haqqında anasının və yaxınlarının  xatirələri, təhsil illəri, döyüş yolu, fotoşəkilləri yer alıb.

MEK-in baş direktoru Məmməd Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsinin Azərbaycanın şanlı tarixi olduğundan söz açıb. Şəhidlərimiz, qəhrəmanlarımız haqqında daha çox yazmalı, tanıtmalı, onları yaşatmalıyıq deyə bildirib.

Tədbir iştirakçıları çıxış edərək, əsgər və hərbçilərin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbənin hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətli olduğunu vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: