AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Rəqəmsal mətnşünaslıq və süni intellekt” şöbəsinin müdiri Səadət Mustafayeva ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Çətin situasiyalarda peşəkar ünsiyyət” mövzusunda keçirilmiş təlimdə iştirak edib.
Proqram çərçivəsində S.Mustafayeva təlim iştirakçıları ilə birgə gərgin və konfliktli situasiyalarda peşəkar ünsiyyət prinsipləri, emosional intellektin tətbiqi, münaqişələrin idarə edilməsi üsulları, eləcə də effektiv davranış modelləri barədə nəzəri və praktik biliklər əldə edib.
Sonda proqramı uğurla başa vuran iştirakçılar təşkilatçı qurumun sertifikatına layiq görülüblər. Sertifikatı əməkdaşımıza ASAN İnnovativ İnkişaf Mərkəzinin kouçu və təlimçisi Aytən Qocayeva təqdim edib.
Qeyd edək ki, təlim iştirakçıların çətin ünsiyyət situasiyalarında peşəkar davranış bacarıqlarının inkişaf etdirilməsi, emosiyaların səmərəli idarə olunması, münaqişələrin konstruktiv həlli və çətin həmsöhbətlərlə effektiv ünsiyyət strategiyalarının praktik yanaşmalar əsasında mənimsənilməsinə dəstək məqsədilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.