Ölkəmizdə səfərdə olan Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjinushi, Albaniya Elmlər Akademiyasının üzvü akademik Anastas Angjeli və Xarici əlaqələr və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elda Zotaj “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olublar.
Qonaqları AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva müşayiət ediblər.
Albaniyalı mütəxəssislər Qoruğun fəaliyyəti barədə məlumat alıb, xatirə şəkilləri çəkdiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.