Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

29.10.2022 14:45
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun yeni nəşrləri çapdan çıxıb

Geologiya və Geofizika İnstitutunun yeni nəşrləri çapdan çıxıb

AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun bir sıra yeni nəşrləri işıq üzü görüb.

“1934-2018-ci illər ərzində Geologiya və Geofizika İnstitutunda müdafiə olunmuş dissertasiyaların biblioqrafik göstəriciləri (nəşr olunmuş avtoreferatlara əsasən)” (“Аннотированный библиографический указатель диссертаций, защищенных в Институте геологии и геофизики (по опубликованным авторефератам) за период 1934-2018г.г.”) kitabı rus dilində çapdan çıxıb.

Nəşrin baş redaktoru akademik Akif Əlizadə, elmi redaktoru akademik Əkpər Feyzullayev, tərtibçi redaktoru texnika üzrə fəlsəfə doktoru Dilquşə Mirzəyevadır. Nəşrdə 84 il ərzində institutun geoloq alimlərinin əldə etdikləri elmi tədqiqatların nəticələri haqqında məlumatlar təqdim olunur.

Eyni zamanda institut tərəfindən “Tətbiqi və nəzəri geologiya kursu” ikicildliyi oxuculara təqdim edilib. Bu kitablar Geologiya və Geofizika İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub.

Elmi redaktoru akademik Akif Əlizadə olan nəşrin birinci cildi “Geotektonika və Geodinamika”, “Litosferin öyrənilməsində əsas geofiziki üsullar”, “Çöküntütoplanma şəraiti və fasiya”, “Genetik mineralogiya”, “Maqmatik və metamorfik süxurların petroqrafiyası” fəsillərini ehtiva edir. Bu fəsillərdə lakonik formada geologiya elminin müxtəlif sahələrini əhatə edən yığcam məlumatlar yer alıb. Sorğu xarakterli kitabın materialları 14 müəllif tərəfindən hazırlanıb.

Yeddi fəsildən ibarət “Tətbiqi və nəzəri geologiya kursu” kitabının ikinci cildi də dərs vəsaiti qismində magistrantlar, doktorantlar və gənc mütəxəssislər üçün tətbiqi və nəzəri geologiyanın qısa təlimi kimi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: