Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2022 14:52
  • A-
  • A
  • A+

“İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransı başa çatıb

“İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransı başa çatıb

“Şuşa ili”nə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransının yekun iclası keçirilib.

Şuşa şəhərində baş tutan yekun iclasda əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarına Azərbaycan ordusunun 44 günlük zəfər yolu, eləcə də Şuşa şəhərinin tarixi barədə məlumat verilib.

Cıdır düzündə keçirilən bağlanış mərasimində konfransa təqdim olunan mövzular üzrə gələcəkdə aparılacaq tədqiqatlarla bağlı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Daha sonra Radiasiya Problemləri İnstitutunun rəhbərliyi və əməkdaşları, konfransın Təşkilat Komitəsinin üzvləri, eləcə də tədbirdə iştirak edən müvafiq dövlət qurumlarının nümayəndələri Şuşa qalasını, Molla Pənah Vaqifin məqbərəsini, Xurşidbanu Natəvanın ev muzeyini ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: