Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mirzə Xosrov Axundzadə yaradıcılığında Şuşa (“Divan”dan seçmələr)” kitabı çap olunub
11.11.2022 09:32
  • A-
  • A
  • A+

“Mirzə Xosrov Axundzadə yaradıcılığında Şuşa (“Divan”dan seçmələr)” kitabı çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Mirzə Xosrov Axundzadə yaradıcılığında Şuşa (“Divan”dan seçmələr)” kitabı işıq üzü görüb.

Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin elmi redaktorluğu ilə filoloqlar və geniş oxucu kütləsi üçün nəşrə hazırlanmış kitabda Şuşa ədəbi mühitinin yetirməsi olan Mirzə Xosrov Axundzadənin (1889-1960) əsərlərinin sözügedən institutun fondunda mühafizə olunan əlyazma nüsxələri ətraflı təsvir olunub, müəllifin “Divan”ında yer alan Şuşaya aid şeirləri seçilərək müasir əlifbaya çevrilib. Kitabda yer alan şeirləri ərəb əlifbasından transfoneliterasiya edib, nəşrə hazırlayanlar Əlyazmalar İnstitutunun əməkdaşları aparıcı elmi işçi, f.ü.f.d. Tünzalə Əlizadə və böyük elmi işçi Xoşqədəm Mirzəyevadır.

Qeyd edək ki, yeni nəşrin redaktoru Əlyazmalar İnstitutunun şöbə müdiri, f.ü.f.d., dosent Əkrəm Bağırov, rəyçiləri həmin institutun elmi katibi, f.ü.f.d., dosent Əzizağa Nəcəfov və elmi işçisi Mircəfər Seyidovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: