AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması və elm sahəsində aparılan islahatlarla əlaqədar elm-istehsalat istiqamətində işlərini davam etdirir.
Bu günlərdə institutun alimləri Ucar Dayaq məntəqəsində yerinə yetirilən elmi tədqiqat və təşkilati işlərlə tanış olub, fermerlər üçün elmi-praktiki seminar keçiriblər.
Seminarda bu elmi müəssisənin direktoru, professor Əlövsət Quliyev və digər alimlər “Azərbaycanda aqrar sektorun elmi əsaslarla idarə olunması ”, “Torpaqlardan istifadənin intevsivləşdirilməsi və meliorativ tədbirlər”, “Kənd təsərrüfatının kimyalaşdırılması: imkanlar və perspektivlər”, “Müasir əkinçilik texnologiyaları və kənd təsərrüfatında ekoloji problemlər” mövzusunda məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir