Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.11.2022 11:45
  • A-
  • A
  • A+

Elm və təhsil naziri Neft-Kimya Prosesləri İnstitutunda olub

Elm və təhsil naziri Neft-Kimya Prosesləri İnstitutunda olub

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olub.

Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və institutun baş direktoru, akademik Vaqif Abbasov, icraçı direktoru, texnika elmləri doktoru Nizami Mürsəlov, elmi katibi, kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva, Təhsil şöbəsinin müdiri, kimya elmləri doktoru Lalə Əfəndiyeva və Kimyəvi proseslərin optimallaşdırılması və riyazi modelləşdirilməsi laboratoriyasının müdiri, texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev iştirak ediblər.

Akademik Vaqif Abbasov nazirə institutda aparılan elmi tədqiqat işləri, kadr hazırlığı, kadr potensialı, tətbiq olunmuş və tətbiqə hazır işlər, eyni zamanda qarşıda duran problemlər haqqında məlumat verib. Sonra hazırkı vəziyyət və perspektivlər haqqında müzakirələr aparılıb.

Müzakirələrdən sonra nazir Emin Əmrullayev institutun bir neçə laboratoriyaları ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: