Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.12.2022 11:52
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun alimi Türk Dünyası Sosial Elmlər üzrə Beynəlxalq Simpoziumda məruzə ilə çıxış edib

İqtisadiyyat İnstitutunun alimi Türk Dünyası Sosial Elmlər üzrə Beynəlxalq Simpoziumda məruzə ilə çıxış edib

Türkiyənin İzmir şəhərində Egey Universiteti, Türk Dünyası Araşdırmaları İnstitutu (TDAE), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Qaraqalpaq Universiteti (QDU), Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyası, Beynəlxalq Baxış Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Azərbaycan Əmək və Sosial Əlaqələr Akademiyası və Prizren Universiteti (UPZ) ilə əməkdaşlıq çərçivəsində Türk Dünyası Sosial Elmlər üzrə Beynəlxalq Simpoziumu keçirilib.

Tədbirdə həm canlı, həm də onlayn rejimdə iştirak etmək imkanları yaradılıb. Simpoziuma türk dünyasından tarixçilər, iqtisadçılar, dilçilər, sosioloqlar qatılıblar.

Simpoziumda Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Xüsusi tədqiqat layihələri üzrə baş direktor müavini, i.f.d., dosent Allahyar Muradov da iştirak edib. O, “Sosial-sahibkarlıq, insan kapitalı və inklüziv iqtisadi artım: ölkələrarası müqayisəli təhlil” mövzusunda məruzə ilə çıxış edib, məruzə ətrafında maraqlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: