AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Azad İzmayılov “Çevirici diod lazerlərin spektroskopiyası” (TDLS-2015) mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək məqsədilə Rusiyanın paytaxtı Moskva şəhərində elmi ezamiyyətdə olub.
Yeddi gün davam edən konfransda A.İzmayılov “Çoxlaylı qaz yuvacıqlarında atom spektroskopiyası” adlı məruzə ilə çıxış edib.
Ezamiyyət çərçivəsində xarici həmkarlarla birgə tədqiqatlar aparmaq imkanları da müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir