Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın 60 yaşı tamam olur
13.12.2022 10:17
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın 60 yaşı tamam olur

Bu gün görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” laureatı, “Şöhrət” və “Şərəf” ordenli, Oks­ford­­ Universiteti nəzdində Nizami Gəncəvi adı­na Azər­bay­can və Qafqazşünaslıq Mər­­kə­zi­­nin yara­dıl­ma­sının təşəbbüskarı, AMEA-nın vitse-prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filia­­lının rektoru, akademik Nərgiz Paşayevanın 60 illik yubileyidir.

Akademik Nərgiz Arif qızı Paşayeva Bakı Dövlət Universitetinin Filologiya fakül­təsini fərqlən­mə diplomu ilə bitirmiş, 1987-ci ildə “Sabirin novatorluğu” mövzusunda namizədlik, 2005-ci ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)” mövzusunda doktorluq dissertasiyalarını müda­fiə etmiş,  2005-ci ildə pro­fes­sor elmi adını almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmiş­dir. 2019-cu ildən Rusiya Təhsil Akademiyasının həqiqi üzvüdür. 2019-cu ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.

Tanınmış ədəbiyyatşünas alim əmək fəaliyyətinə Bakı Döv­lət Universitetinin Azərbay­can ədəbiy­yatı tarixi kafedrasında başlayaraq assistent, müəl­lim, baş müəl­lim, dosent vəzifələ­­rində çalış­mış (1987-ci ildən), Bakı Musiqi Aka­de­mi­­yasının Dil və ədəbiyyat kafed­rasının mü­di­ri (1994-2008), Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru ol­muş­dur (2006-2008). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filia­­lının rektoru (2008-ci ildən), Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədə­biy­yatı kafed­ra­sı­nın­ müdiridir (2009-cu ildən).

Oks­ford­­ Universiteti nəzdində Nizami Gəncəvi adı­na Azər­bay­can və Qafqazşünaslıq Mər­­kə­zi­­nin yara­dıl­ma­sının təşəbbüskarı (2013), Mərkəzin İdarə­ Heyətinin üzvü (2018), Bö­yük Britaniyada təsis edil­miş Azərbaycanı və Qaf­qa­zı öyrənən Britaniya Fon­dunun qəyyumluq şurası­nın sədridir (2016). Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilik Komi­tə­si­nin daimi üzvüdür (2018).

Alimin rəhbərliyi ilə Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin hazırladığı proqram çərçivəsində Bərdə şəhərində arxeo­loji qazıntı işləri aparılmış (2014-2019), Britaniyada Azərbaycanın orta əsr­lər tarixi ilə bağlı bir sıra elmi-akademik seminar və müxtəlif layi­hə­lər həya­ta keçirilmişdir. Onun təşəbbüsü ilə Oks­ford Univer­si­te­ti nəzdində Nizami Gən­cə­vi adı­na­ Azərbaycan və Qafqazşünaslıq Mər­kəzinin layi­hə­si çərçivəsində şərqşünas-alim Yev­geni Bertelsin “Böyük Azər­baycan şairi Ni­za­mi” kitabı ilk dəfə ingilis dilinə tər­cü­­mə olunaraq çap edilmişdir. Nərgiz Pa­şa­ye­vanın müəllifi olduğu layihələr əsasında “Mol­­la Nəsrəddin” jurnalı yeni­dən çap olunmuş, “Azər­bay­can xalq çalğı alət­ləri” ka­taloqu ha­zır­lan­mış, “Səməd Vur­ğunun həyatı məktublarda” və digər ki­tab­lar işıq üzü görmüşdür. “Sabirin no­va­torluğu”, “İnsan bədii təd­qi­qat­ obyekti kimi”, “İnsan – obraz - ədə­biy­yat”, “Yeniləşən ədəbiyyatın yeni in­sa­nı”­ monoqrafiyalarının, ali­ məktəblər üçün­ “Antik ədəbiy­yat­ tarixi” (I-II) dərs­liyinin müəl­lifi­dir. “İntizar” operasına lib­ret­­to yazmış və yeni quruluşda təq­dim olunmasına nail ol­muş­dur.

Akademik Nərgiz Paşayeva “Üns” bədii yara­dı­cı­lıq səhnəsinin yaradıcısı və bədii rəhbəri (2006-cı ildən), Azərbaycan Yazıçılar Birliyinin üz­vü (2007) və “İngiltərə-Azərbaycan xeyriyyə Cəmiyyəti”nin həmsədridir (2007).

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Dostluqda göstərdiyi xid­mət­lərə görə” nişanına (2008), “Əmək­dar elm xadimi” fəxri adına (2009), Rusiya Federasiyasının ali dövlət mükafatı olan “Dost­luq” or­deninə, UNESCO-nun “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalına (2008), Macarıstanın döv­lət mü­ka­fatı olan “Xidmət­lərə görə” Ko­man­dor Xaç ordeninə, Fransanın zabit də­rə­­cəli “Akademik Palma” fransız ordeninə (2013), “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na ­(2017), “Şöhrət” (2019), “Şərəf” (2022) ordenlərinə layiq görül­müş­dür.­

Azərbaycan ədəbiyyatşünaslıq elminin və təhsilinin inkişafında mühüm xidmətləri olan akademik Nərgiz Paşayevanı 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: