Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.07.2015 12:06
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin büro iclasında bölmə institutlarının fəaliyyətləri barədə yarımillik hesabat dinlənilib

İctimai Elmlər Bölməsinin büro iclasında bölmə institutlarının fəaliyyətləri barədə yarımillik hesabat dinlənilib

İyulun 23-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova iclasda bölmənin tərkibinə daxil olan institutların 2015-ci il üzrə yarımillik fəaliyyətlərinə dair hesabatlarının dinləniləcəyini bildirdi.

Tədbirdə çıxış edən elmi müəssisə rəhbərləri yarım il ərzində institutlarda həyata keçirilən elmi-təşkilati işlər və tədbirlər, elmin populyarlaşdırılması üzrə fəaliyyət, institutların maddi-texniki bazası və əldə olunan mühüm elmi nəticələr və digər məsələlərə dair ətraflı məlumatları diqqətə çatdırdılar. Bildirildi ki, yarımillik hesabat dövründə İEB-in elmi müəssisələrində apa­rı­lan elmi tədqiqat işləri Azərbaycan dövlətinin müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi, intellektual inkişafına, ictimai-siyasi sabitlliyinə, milli təhlükəsizliyinin qorunmasına, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına və bu prosesdə maddi-mənəvi dəyərlərinin qorunmasına istiqamətlənmişdir.

Qeyd edildi ki, İEB AMEA-nın sayca ən bö­yük struktur böl­­məsidir. Hazırda bölmənin  nəz­din­də 9 elmi-tədqiqat müəss­i­səsi, 1 muzey fəa­liy­­yət gös­tə­rir.  Bölmə Res­publika Elmi Tədqiqatların Təşkili və Əla­qə­lən­di­ril­məsi Şu­ra­sının 4 prob­lem şu­rasına kuratorluq edir.

Bildirildi ki, cari ilin yarımilliyi ərzində bölmənin Tarix, Şərqşünaslıq, Fəlsəfə və Hüquq institutlarının nəzdində struktur dəyişiklikləri aparılmış, müasir standartlara cavab verən yeni şöbələr yaradılmışdır. Yarımillik hesabat dövründə İctimai Elmlər Bölməsinin Humanitar Elmlər Bölməsi ilə birgə 2 büro, 1 ümumi iclası olmuşdur. Həmçinin bölmə ayrıca fəaliyyətə başladığı tarixdən 1 ümumi, 3 büro iclası keçirmişdir. Bölmə iclaslarında dövlət əhəmiyyətli sənədlərin, gündəmdə olan ən aktual problemlərin müzakirəsinə geniş yer verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

 

  • Paylaş: