Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İqtisadi Artım və İctimai Rifah” jurnalının 2022-ci il üzrə dördüncü nömrəsi oxuculara təqdim olunub.
Jurnalın bu sayında müxtəlif aktual iqtisadi mövzularda elmi məqalələr yer alıb. 2020-ci ildə jurnalın redaksiya heyətinin üzvləri yenilənib, dünyanın nüfuzlu ölkələrinin universitetlərinin iqtisadiyyat üzrə tanınmış iqtisadçı alimləri, akademik və professorlar yeni tərkibə daxil edilib. İldə 4 dəfə dərc olunan elmi nəşrin baş redaktoru iqtisad elmləri doktoru, professor Nazim İmanov, baş redaktorun müavini, professor Müşfiq Atakişiyev, məsul katibi, dosent Kamran Abdullayevdir.
“İqtisadi Artım və İctimai Rifah” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 11 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Jurnal iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.