Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şamaxı qəzasının müsəlman əhalisinə həsr olunmuş kitab çapdan çıxıb
09.01.2023 11:25
  • A-
  • A
  • A+

Şamaxı qəzasının müsəlman əhalisinə həsr olunmuş kitab çapdan çıxıb

“Azərbaycanı tanıyaq və tanıdaq” layihəsi əsasında “Bakı quberniyası Şamaxı qəzasının müsəlman əhalisi (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində) kitabı işıq üzü görüb.

Nəşrin tərtibçiləri AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Adil Mirabdullayev və həmin müəssisənin böyük elmi işçisi, layihənin rəhbəri Mirzə Ənsərlidir.

Kitabın elmi redaktoru AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Nailə Hüseynova, rəyçiləri AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, professor Seyfəddin Qarayev və AMEA-nın Rəyasət Heyəti aparatının “Elm və həyat” jurnalının məsul katibi Sərvan Kərimovdur.

Kitabın əsasını 1840-1926-cı illərdə Rusiya İmperiyasının Bakı quberniyasında mövcud olmuş Şamaxı qəzasının müsəlman əhalisi haqqında arxivlərdən götürülmüş məlumatlar təşkil edir. Burada Şamaxı şəhərində və qəzanın kəndlərində yaşamış zadəganların və seyidlərin tərtib olunmuş siyahıları xüsusi yer tutur. Vəsaitdə XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində qəzanın ərazisində olmuş polis sahələri, kənd icmaları və kəndlər, qəzanın idarələrində çalışmış müsəlman məmurları haqqında da geniş məlumat verilib.

Nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: