Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Bəxtiyar Vahabzadə. Həyatı, mühiti və yaradıcılığı” kitabı işıq üzü görüb
13.01.2023 16:40
  • A-
  • A
  • A+

“Bəxtiyar Vahabzadə. Həyatı, mühiti və yaradıcılığı” kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun baş elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Bəxtiyar Vahabzadə. Həyatı, mühiti və yaradıcılığı” monoqrafiyası çap olunub.

“Sənətkarın elmi pasportu seriyası”nın 32-ci nəşri olan “Bəxtiyar Vahabzadə. Həyatı, mühiti və yaradıcılığı” kitabı Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru və “Milli istiqlal şairi Bəxtiyar Vahabzadə” başlıqlı “Ön söz”ün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

Məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, rəyçiləri isə fəlsəfə elmləri doktoru Rahid Ulusel və filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoydur.

Monoqrafiyada Xalq şairi Bəxtiyar Vahabzadə poeziyasının milli və bəşəri qaynaqları, onun mövzu, ideya-məzmun və bədii forma mündəricəsi, şairin azərbaycançılıq, türkçülük və dinçilik baxışları, Azərbaycan milli ideyasının təkamülü yollarında mücadiləsi ədəbi-fəlsəfi və ideoloji kontekstdə əksini tapıb.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan 556 səhifəlik monoqrafiya altı fəsil on bir bölümdən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: