Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçılarla görüş keçirilib
17.01.2023 14:22
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçılarla görüş keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçılarla görüş keçirilib.

Görüşü institutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq müəssisənin 30-a yaxın doktorant və dissertantları ilə fikir mübadiləsi aparıb.

Dialoq və müzakirə formatında davam edən görüşdə gənc tədqiqatçıların tədqiqat və rəqəmsal bacarıqlarının inkişafı, elmi tədqiqatların nəticəyönümlüyü və tətbiqiliyinin artırılması, birgə tədqiqatların aparılması və ortaq məqalələrin yazılması, nüfuzlu beynəlxalq və yerli elmi nəşrlərdə məqalələrin dərc edilməsi, konfranslarda, seminarlarda və digər müxtəlif elmi tədbirlərdə fəal iştirakın təmin olunması və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib.

Daha sonra görüşdə iştirak edən Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, institutun elmi katibi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənova, şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov tərəfindən doktorant və dissertantlara dissertasiya işinin yerinə yetirilməsi prosesi ilə bağlı məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda professor İlham Məmmədzadə gənc tədqiqatçılara öz tövsiyələrini bildirib və onlara tədqiqat işlərində uğurlar diləyib, belə görüşlərin mütəmadi keçiriləcəyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: