Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2023 15:25
  • A-
  • A
  • A+

20 Yanvar faciəsi xalqımızın tarixinə milli qürur günü kimi yazılıb

20 Yanvar faciəsi xalqımızın tarixinə milli qürur günü kimi yazılıb

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, 20 Yanvar faciəsi ölkəmizdə Hüzn Günü kimi qeyd olunsa da, xalqımızın tarixinə milli qürur günü kimi yazılıb: “20 Yanvar hadisələri ilə başlayan azadlıq hərəkatı Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsinə gətirib çıxarıb. Xalqımızın suverenliyi uğrunda mübarizə aparan fədakar vətən oğulları azadlıq uğrunda canlarını fəda edib və şəhidlik zirvəsinə ucalıblar. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı heç zaman unudulmayacaq”.

Sonra institutun icraçı direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “Təsviri sənətdə 20 Yanvar faciəsinin təcəssümü” mövzusunda çıxış edib,  Azərbaycanın klassik rəssamlarının 20 Yanvar faciəsinə həsr olunmuş əsərlərindən danışıb.

“Azərbaycan kinosunda 20 Yanvar mövzusu” adlı məruzəsini təqdim edən Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, Əməkdar incəsənət xadimi Ayaz Salayev bu faciənin Azərbaycan kinosunda kifayət qədər işıqlandırılmadığını, səthi yanaşıldığını vurğulayıb.     

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: