Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik Heydər İmanov Fəlsəfə və Sosiologiya İnstitutunda olub
24.01.2023 14:20
  • A-
  • A
  • A+

Akademik Heydər İmanov Fəlsəfə və Sosiologiya İnstitutunda olub

Rusiya Federasiyasının “Smolnı Universiteti” İnnovativ Elmi-Tədris Konsorsiumunun prezidenti, akademik Heydər İmanov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun qonağı olub.

Görüş zamanı Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə qonağı salamlayaraq, akademiki burada görməkdən məmnun olduğunu ifadə edib.

İlham Məmmədzadə öncə institutun elmi fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verib. Həmçinin rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə toxunub və gələcəkdə hər iki müəssisə arasında birgə elmi layihələrin hazırlanması ətrafında təşəbbüslə çıxış edib.

Akademik Heydər İmanov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verərək, son 25 ildə Azərbaycanda və Rusiyada gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb.

Görüşdə “Smolnı Universiteti” və Fəlsəfə və Sosiologiya İnstitutu arasında birgə elmi konfransların, layihələrin həyata keçirilməsi üçün ilkin razılığa gəlinib.

Sonda qonağa Fəlsəfə və Sosiologiya İnstitutunun nəşri olan kitablar hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: