Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Nazim Hikmətə həsr olunmuş ikinci buraxılışı yayımlanıb
31.01.2023 17:15
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Nazim Hikmətə həsr olunmuş ikinci buraxılışı yayımlanıb

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin türk dünyasının böyük şairi Nazim Hikmətə həsr olunmuş ikinci buraxılışı yayımlanıb.

Veriliş Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında nümayiş olunub.

Akademik Rafael Hüseynov Nazim Hikmətin Bakı ilə bağlılığından bəhs edib, onun Bakıda Nizami muzeyini, “İsmailiyyə” binasını və Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasını bəyəndiyini diqqətə çatdırıb. O, həmçinin şairin yazılarında Qız qalası haqqında düşüncələrini də bölüşdüyünü söyləyib.

Nazim Hikmətin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuli ilə bağlı çıxışından danışan akademik Rafael Hüseynov bildirib ki, Nazim Hikmət Füzulinin abidəsinin Bakıdan başqa, İstanbulda, Bağdatda və dünyanın müxtəlif ölkələrində olmağını arzu edib.

Rafael Hüseynov Nazim Hikmətin böyük arzusunu dilə gətirərək, Bakıda şairin böyüklüyünə yaraşan abidənin olmağını arzulayıb. O, vaxtilə Nizami muzeyində çalışmış heykəltəraş Münəvvər Rzayeva tərəfindən şairin barelyefinin hazırlandığını və muzeydə saxlanıldığını qeyd edib.

İkinci buraxılışda Xalq şairi Nəriman Həsənzadə, tanınmış şərqşünas alim Əsmətxanım Məmmədova böyük şair Nazim Hikmətlə bağlı xatirələrini bölüşüblər. Eyni zamanda, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə 1967-ci ildə Moskvada Nazim Hikmətin qəbrini ziyarət etdikdən sonra qələmə aldığı şeirindən bəhs edib.

Şairə həsr olunmuş verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: