Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.02.2023 13:40
  • A-
  • A
  • A+

Türk Dünyasında orta ümumtəhsil sistemində əməkdaşlıq məsələləri müzakirə olunub

Türk Dünyasında orta ümumtəhsil sistemində əməkdaşlıq məsələləri müzakirə olunub

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Qazaxıstan Respublikasının təhsil naziri Qani Beysembayev ilə görüşüb.

Görüş zamanı tərəflər Türk Dünyasında orta ümumtəhsil sistemində əməkdaşlıq məsələlərini müzakirə edib, təhsil prosesində mühüm tendensiyalar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə akademik Ş.Mustafayev Beynəlxalq Türk Akademiyasının Elmi Komitəsinin ötən il Astanada keçirilən 5-ci iclasında qəbul edilən “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin orta ümumtəhsil proqramlarına daxil edilməsi təklifi ilə çıxış edib.

Nazir Q.Beysembayev təhsil sistemindəki prioritetlərə diqqət çəkərək, gənc nəslin ortaq türk tarixini öyrənməsinin, türk dövlətləri arasında qardaşlıq həmrəyliyi ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb. Q.Beysembayev bu kontekstdə Akademiyanın bu istiqamətdə səylərini müsbət qiymətləndirməklə gələcək təşəbbüsləri dəstəkləyəcəklərini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: