Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

01.02.2023 16:10
  • A-
  • A
  • A+

Şəhid övladları və valideyn himayəsindən məhrum olan uşaqlar Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar

Şəhid övladları və valideyn himayəsindən məhrum olan uşaqlar Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar

“Cığır” Mənəvi dəyərlərin inkişafına dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid ailələrinin övladları və valideyn himayəsindən məhrum olan uşaqlar Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar.

Muzeyin ekspozisiya zalları ilə tanış olan uşaqlar böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin mənalı həyatı, zəngin yaradıcılıq yolu, faciəli taleyi, dram əsərlərinin səhnə təqdimatı və s. haqqında ətraflı məlumat əldə ediblər. Cavidin həyat-yaradıcılığı ilə bağlı viktorina keçirilib, fərqlənən şagirdlərə muzeyin nəşrləri hədiyyə olunub.

Sonda “Cığır” Mənəvi dəyərlərin inkişafına dəstək İctimai Birliyinin sədri Yeganə Mirzəyevə mədəniyyətimizin təbliğində xüsusi xidmətlərinə görə Hüseyn Cavidin Ev Muzeyinin kollektivinə minnətdarlıq edib və rəhbərlik etdiyi ictimai birlik adından Təşəkkürnamə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: