Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2023 09:15
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda 2 Fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib

Dendrologiya İnstitutunda 2 Fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib

Dendrologiya İnstitutunda 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Yığıncağı giriş sözü ilə açan, Dendrologiya İnstitunun baş direktor vəzifəsini icra edən b.ü.f.d, dosent Minarə Həsənova qeyd edib ki, müstəqil Azərbaycan Respublikasında 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Atayeva çıxış edib. Vurğulanıb ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlandığı vurğulanıb.

Tədbirin sonunda xalqımıza, şanlı tariximizə, milli dəyərlərimizə sadiq qalamağa vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atamağı arzulayaraq, gənclərə Fəxri fərman və Təşəkkürnamələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: