Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2023 15:20
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Gənclər günü qeyd olunub

Dilçilik İnstitutunda Gənclər günü qeyd olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənclər günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri açıq elan edən institutun baş direktoru, professor Nadir Məmmədli akademik Ağamusa Axundovun Azərbaycan elmi üçün rolunu vurğulayıb, onun Azərbaycan dilinin normalarının möhkəmləndirilməsi və bunun təsdiq edilməsi üçün xidmətlərindən danışıblar. Daha sonra professor Nadir Məmmədli institutun fəaliyyətində gənclərin xüsusi yeri olduğunu bildirib.

İnstitutun Gənclər günü ənənəsinə sadiq qalaraq ötən il ərzində səmərəli elmi-ictimai fəaliyyəti ilə fərqlənən gənc alimlərə f.ü.f.d., dosent Şəbnəm Həsənli-Qəribovaya, f.ü.f.d., dosent Vəfa Abdullayeva-Nəbiyevaya, f.ü.f.d., dosent Aysel Qəribliyə, f.ü.f.d. Aysel Əhmədovaya, f.ü.f.d. Səkinə Şərifovaya, Dilbər Camaliyə, Elnurə Hüseynovaya, Arzu İsgəndərzadəyə, Aynur Saydovaya, Aytən Hüseynova-Qəhrəmanlıya, Xəyal Əsgərliyə, Tünzalə İsmayılovaya, o cümlədən institutun gənc mütəxəssisləri Lalə Muradova və Təranə Hacızadəyə Təşəkkürnamə təqdim olunub.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri f.ü.f.d., dosent Günel Orucova çıxış edərək Dilçilik İnstitutunda çalışan gəncləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib, gəncləri institutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən hazırlanmış Dilçilik tribunası layihəsində, o cümlədən müxtəlif qurumlar tərəfindən gənc tədqiqatçılar üçün bir sıra dillər üzrə təşkil edilmiş kurslarda aktiv iştirak etməyə dəvət edib.

Tədbirin davamında Dilçilik İnstitutunun son 10 il ərzində fəaliyyətini, gənclərin iştirak etdikləri tədbirlərdən, o cümlədən KİV-də çıxışlarını, pedaqoji fəaliyyətlərini və digər sahələrdə gördükləri işləri əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş etdirilib.

Yığıncağın sonunda çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Elmir Babayev institutun gənclərlə bağlı fəaliyyətini yüksək dəyərləndirib.

Sonda bütün tədbir iştirakçıları birgə xatirə şəkilləri çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: