Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tehrandakı səfirliyimizin binasına silahlı hücum İranın anti-Azərbaycan siyasətinin nəticəsidir
02.02.2023 18:14
  • A-
  • A
  • A+

Tehrandakı səfirliyimizin binasına silahlı hücum İranın anti-Azərbaycan siyasətinin nəticəsidir

Azərbaycan səfirliyinin binasına silahlı hücum və səfirliyin mühafizə xidmətinin rəisinin faciəvi şəkildə qətlə yetirilməsi İranın anti-Azərbaycan siyasətinin nəticəsidir.

Bütün Azərbaycan vətəndaşları, o cümlədən elmi ictimaiyyətimiz törədilən cinayəti terror hadisəsi hesab edir, bu hücumu şiddətlə qınayır. Həmin qanlı hadisəyə görə İran İslam Respublikası məsuliyyət daşıyır. Hadisənin sifarişçiləri və icraçıları ən ağır cəzaya məhkum edilməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iranlı həmkarı qarşısında qoyduğu tələblər - qanlı terror aktının hərtərəfli araşdırılması, cinayətkarların layiqli cəzalarını alması və istintaqın obyektiv şəkildə aparılması tam yerinə yetirilməlidir.

Azərbaycanda İranın casus şəbəkəsinin üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması terror şəbəkəsinin tərksilah edilməsi sahəsində mühüm addımdır. İnanırıq ki, bu istiqamətdə pozucu fəaliyyət göstərənlər ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən bundan sonra da ifşa ediləcək və casus şəbəkəsinin bütün üzvləri cinayət məsuliyyətinə cəlb olunacaqlar.

İsa HƏBİBBƏYLİ, AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: