Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.02.2023 11:48
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü ilə bağlı tədbir keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü ilə bağlı tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin və Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. Alim institut gənclərini Gənclər günü münasibətilə təbrik edib, onlara  gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tövsiyələrini səsləndirib.

 Ə.Quliyev qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Azərbaycan gənclərinin günümüzdə müasir, aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin  mühüm rolu var.

Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatı Komitəsinin sədri, a.e.d Məmməd Məmmədov sözügedən müəssisənin gənclərini təbrik edərək, onlara göstərilən göstərilən diqqət və qayğıdan bəhs edib. Onlara elmi fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzu edib.

İnstitutun Qadınlar şurasının sədri, a.e.ü.f.d Əminə Axundova institutun fəaliyyətində gənclərin xüsusi yeri olduğunu bildirib.

Daha sonra tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı “Ulu öndər Heydər Əliyev gənclər siyasətinin banisidir” adlı məruzə ilə çıxış edib.

Gənclər günü ilə əlaqədar institutun ötən il ərzində səmərəli elmi-ictimai fəaliyyəti ilə fərqlənən gənc alimləri Əli Gözəlzadə və Qəni Qasımova təşəkkürnamə təqdim olunub. Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayevə dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə və 2 Fevral-Azərbaycan Gənclər günü münasibətlə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən təltif edildiyi Fəxri fərman təqim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: