Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-ə “Şuşa - Azərbaycanın incisi” adlı kitab daxil olub
07.02.2023 12:35
  • A-
  • A
  • A+

MEK-ə “Şuşa - Azərbaycanın incisi” adlı kitab daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına Riqa şəhərində latış dilində nəşr edilən “Şuşa – Azərbaycanın incisi” kitabı daxil olub.

Professor Kaspars Klavinş, professor Elçin Əhmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanovanın həmmüəllifi olduğu kitab Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə latış dilində işıq üzü görən ilk nəşrdir.

Riqa şəhərində çap edilmiş kitabda Şuşa şəhərinin tarixi, mədəni irsi və görkəmli şəxsiyyətləri, Ümummilli Lider Heydər Əliyevin Şuşanın inkişafına göstərdiyi qayğı və Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşanın işğaldan azad olunmasından sonra burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilir.

Qeyd edək ki, sözügedən kitab UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə “Şuşa İli” çərçivəsində nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: