Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.02.2023 15:20
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda əvvəlcə Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq Gənclər Günü münasibətilə Biofizika İnstitutunda gənc alimlər arasında keçirilən müsabiqənin nəticəsi elan olunub. Müsabiqənin nəticəsinə əsasən, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova 2022-ci ildə institutun elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə fəxri diploma layiq görülüb.

Mükafatı M.Baxışovaya təqdim edən institutun icraçı direktoru b.e.d. Kərim Qasımov müəssisənin rəhbərliyi və kollektivi adından gənc alimi təbrik edib, gələcək elmi və ictimai fəaliyyətində ona uğurlar arzulayıb.

Daha sonra institutda “Biofizika” ixtisası üzrə keçirilən qış imtahan sessiyasının nəticələri geniş müzakirə olunub. Məsələ ilə bağlı çıxış edən O.Qasımov qeyd edib ki, sessiya zamanı müəssisə rəhbərliyi imtahan prosesini diqqət mərkəzində saxlayıb və imtahanların gedişini izləyib. Alim əlavə edib ki, qış imtahan sessiyasından sonra tədris prosesinin effektivliyinin öyrənilməsi məqsədi ilə magistrantlarla növbəti sual-cavab formatında görüş keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

Bundan əlavə, iclas zamanı Elmi şuranın qərarı ilə Biofizika İnstitutunda 2023-cü ildə keçiriləcək elmi seminarların və müşavirələrin planları, eləcə də müəssisədə “Biofizika” ixtisası üzrə ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə Tədris planında II semestr üçün nəzərdə tutulmuş ixtisas və ixtisaslaşmaya ayrılan fənlərin proqram və sillabusları müzakirə olunaraq təsdiq edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: