“Elektron Akademiya” şöbəsi Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən olan elektron idarəetmənin formalaşdırılması, rəqəmsal transformasiyalar, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi sahəsində fəaliyyət göstərəcəkdir.
Bu sözləri AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov rəhbərlik etdiyi şöbənin prioritetləri və vəzifələri haqqında çıxışında deyib.
Bildirib ki, “Vikipediya”da elmi məzmunlu məqalələrin yaradılması və zənginləşdirilməsi, elmi jurnalların beynəlxalq bazalara daxil edilməsi və s. başlıca hədəflərdəndir.
Çıxış dinlənildikdən sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin prioritetləri təsdiqlənib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.